Sürüşmənin ”Teleqüllə” üçün təhlükə olub-olmaması hələ məlum deyil
Bakı Televiziya Qülləsinin yaxınlığındakı Bayıl yamacında sürüşmə ilə bağlı həmin ərazidə yaşayan sakinlər təxliyə edilib.
Bu barədə Turan agentliyinə Səbail Rayon İcra Hakimiyyətindən
bildiriblər
.
“Hazırda ərazidəki 80 evdə yaşayan 390 nəfər təxliyə edilib. Onların əksəriyyəti qohumlarının, yaxınlarının evlərində və müvəqqəti sığınacaqlarda yerləşdirilib”, – İcra Hakimiyyətinin rəsmisi bildirib.
İcra Hakimiyyətindən bildirilib ki, ərazi polis
nəzarətindədi
r.
Rəsminin dediklərinə görə, ərazidə Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparır.
“Araşdırmalardan sonra əhalinin evlərinə qaytarılıb-qaytarılmaması bəlli olacaq. Bu barədə Nazirlər Kabineti qərar verəcək”, – o qeyd edib.
Öz növbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, Mərkəzin sürüşmə zonasında quraşdırdığı cihazlar buradakı bütün proseslərə reaksiya verir: “Amma “Teleqüllə” üçün təhlükənin olub-olmaması hələ məlum deyil, belə ki, cihazlar hələlik torpaqdakı prosesləri qeydə alır, bu siqnallar təhlil edilməlidir ki, ona adekvat da cavab verilsin. Bu təhlillərin aparıla bilməsinin müddəti barədə də müəyyən vaxt bildirmək mümkün deyil, bu, torpaq qatındakı prosesdən asılı olaraq bir həftə də çəkə bilər, bir ay da”.
Mərkəzdən bildiriblər ki, ən vacib məsələ sürüşmənin nədən baş verməsini müəyyən etməkdir, bu səbəbə cavab olduqdan sonra digər suallara da cavab olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə əvvəlki açıqlamalarına istinadən bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.
“Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.
Bayıl yamacında son sürüşmə təhlükəsi 2011-ci ilin avqustunda yaranıb. 2011-ci il avqustun 16-da baş nazirin müavini Abid Şərifov bildirib ki, çatlar baş verən ərazi gillə doldurulacaq, bərkitmə işləri aparılacaq, torpağın üst hissələri izolyasiya olunacaq ki, dərin qatlara su keçməsin, su axan kanalların sayı artırılacaq.
Onun sözlərinə görə, həmçinin ərazidə 30-40 metr dərinliyə beton svaylar basdırılacaq, həmçinin ərazidəki yaşayış yerlərinə içməli su istisna olmaqla bostan üçün verilən su azaldılacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının araşdırmalarına görə, Bakının Bayıl qəsəbəsində 14 sürüşmə qeydə alınıb: “Sürüşmə prosesləri XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919,1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. 2000-ci ilin mart ayında baş vermiş sürüşmə eni 350 m., uzunluğu 450 m. olan ərazini əhatə edib. Ümumilikdə, bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln. m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalıb. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəyib.
Bayıl yamacında sürüşmə proseslərinin öyrənilməsi məqsədilə 1975, 1985, 1996, 2000 və 2012-ci illərdə kompleks mühəndis-geoloji və geofiziki üsullarla tədqiqatlar aparılıb.
2012-ci ilə qədər aparılmış tədqiqatlar nəticəsində geoloji kəsiliş 40 m. dərinliyə qədər öyrənilib ki, bu da ərazinin geoloji quruluşu haqqında tam məlumat alınmasını qismən təmin edib. 2012-ci ildə Bayıl sürüşmə sahəsində yamacın geoloji kəsilişinin 100 m. dərinliyə qədər öyrənilməsi məqsədilə aralarındakı məsafə 100 m., müşahidə nöqtələri arasındakı məsafə isə 20 m. olmaq şərti ilə şərq-qərb istiqamətində üç profil üzrə Şaquli Elektrik Zondlama (ŞEZ) üsulu ilə geofiziki tədqiqatlar aparılıb.