Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tədbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib ki, bu müraciətin məqsədi qeyri-qanuni fəaliyyət göstərən taksilərə son qoymaq, keyfiyyətdə rəqabəti artırmaqdı. Baş direktorun fikrincə, qiymətin tənzimlənməsi qarlı, yağışlı havalarda süni qiymət artımının qarşısını da alacaq. Bununla yol təhlükəsizlik qaydalarına riayət etməyən taksilər təbii yolla kənarlaşdırılacaq.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, son illərdə qiymətlərin ucuzlaşdığı nadir sahələrdən biri taksi xidmətidir. Əgər vətəndaşlarda ciddi narazılıq olsaydı, belə bir müdaxilə anlaşılan olardı.
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, vahid tarifin tətbiq olunması ideyasını sahibkarlar müsbət qarşılayıb. Özəl taksi şirkətində işləyən sürücü isə vahid qiymət olsa, müştərilərinin ərşə çəkiləcəyini deyir.