Sulutəpədə evlər qəddarlıqla söküldü (VİDEO)

Noyabrın 16-da saat 16.00 radələrində Binəqədi rayon Sulutəpə qəsəbəsində, Moskva Dövlət Üniversitetinin Bakıdakı filalına yaxın ərazidə yaşayış evlərin söküntüsü həyata keçirilib. Meydan TV hadisə yerində olan “Bizim Yol”un reportyoru İdrak Abbasova istinadən xəbər verir ki, azı 15 ev sökülüb. Söküntü yerli sakinlərə qarşı zorakılıqla müşayət olunub və yararalananlar var.

Söküntünü rayon icra hakimiyyəti və bələdiyyə nümayəndələri rayon polis idarəsinin əməkdaşlarının müşayəti ilə həyata keçiriblər. Əgər bir müddət bundan əvvəl əksəriyyəti yeni tikili olan və yaşayış olmayan verlər sökülürdüsə, bu dəfə 2012-ci ilin əvvələrində olduğu kimi, çoxdan tikilmiş, içində yaşayış olan evlər sökülüb. Belə ki, bəzi evlərin əşyaları bayıra çıxarılısa da, əşyaları ilə birgə sökülən evlər də var.

Ən dramatik mənzərələrdən biri də Kəlbəcər rayonundan olan məcburi köçkün olan Əliyevlər ailəsi ilə bağlı idi. Evi sökülən Əliyeva Vüsalə 4 azyaşlı uşağı ilə nə edəcəyini bilmədiyini deyirdi.

Sakinlər apardıqları tikilinin yuxarıda adı çəkilən strukturların icazəsi ilə həyat keçirdiklərini bildiriblər.

Ən maraqlı məqamlardan biri də odur ki, sökülən əsasən kasıbların yaşadığı 1-2 otaqlı evlər olub. Söküntü aparılan yerdə isə inşa edilməkə olan villalara kimsə əl vurmayıb.

Ana səhifəVideoSulutəpədə evlər qəddarlıqla söküldü (VİDEO)