Siyasi fəal adam bıçaqlamaqda ittiham olunur

Martın 29-da Almaniyadan deportasiya olunan siyasi fəal Samir Aşurov saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunur. Bu barədə hazırda saxlanıldığı Nizami Rayon Polis İdarəsindən həyat yoldaşı Nuranə Aşurovaya məlumat verilib. 

Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından aldığımız məlumata görə, Elşən Nəbiyev adlı şəxs nazik bağırsağından bıçaq zərbəsi alıb, hazırda durumu stabildir. 

Nuranə Aşurova deyir ki, Azərbaycana gətiriləndən daim izləniliblər.

Samir Aşurov Almaniyadan deportasiya olunduqdan sonra Baş Prokurorluqda qanunsuz miqrasiya işi ilə bağlı şahid kimi dindirilib. O, həmin gün verdiyi müsahibəsində həbs təhlükəsindən söz açmışdı.

Samir Aşurov Almaniyada Azərbaycan hökumətinə qarşı olan aksiyalarda iştirak edib.

Son bir ildə xaricdən Azərbaycana deportasiya olunan mühacirlərdən 4-nə narkotik ittihamı ilə cinayət işi açılıb. Onlar siyasi baxışlarına görə şərləndiklərini bildiriblər.

Ana səhifəVideoSiyasi fəal adam bıçaqlamaqda ittiham olunur