Şəmsəddin Hacıyevin qızı “Azəriqaz”a olan borcunu ödədi

İş gününün sonunda isə Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov məlumat verib ki, Çeşmi Hacıyevanın borcu bağlanıb və məhkəmə proseduru ləğv olunub.

Source: Foto: sosial şəbəkə


İcra başçısının həyat yoldaşı olan Çeşmi Hacıyeva istixana işlədirmiş

İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manatlıq qazpulu borcuna görə məhkəməyə verilməsi haqda Meydan TV-nin məlumatını “Azəriqaz” İstehsalat Birliyi də təsdiqləyib.

“Azəriqaz”ın bu məsələ ilə əlaqədar açıqlamasından məlum olub ki, Çeşmi Hacıyeva istixana işlədirmiş, bu borc da oradan yaranıb. 2017, 2018-ci illərdə elə aylar olub ki, o, istifadə olunan qazın pulunu ya ümumiyyətlə ödəməyib, ya da bir hissəsini ödəyib.

“Protokola əsasən, noyabrda ilkin ödəniş olaraq 20 min manat, sərfiyyatdan əlavə 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 min manat, 2020-ci ilin yanvar ayının 10-na kimi isə 45 490 manat ödəmək öhdəliyi götürüb. Lakin ödənişlər lazımi səviyyədə olmayıb. Sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən, ümumi borc artıb və 2020-ci ilin yanvarında 115 min 68 manat manat təşkil edib. Belə bir durumda “Azəriqaz” tərəfindən məhkəmə iddiası qaldırılıb. Həmin dövrdə pandemiyanın yayılması ilə əlaqədar bir çox sahələrin, o cümlədən məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözügedən iddia da baxılmamış saxlanılıb”, – deyə “Azəriqaz”dan bu məsələ ilə əlaqədar Bizimyol.info-ya

bildirilib

.

Onu da əlavə ediblər ki, iddia qaldırılandan sonra qarşı tərəf ödəniş edib və borc azalıb. Öncə borcun məbləği 79 min 816 manat olduğu bildirilib. Qeyd olunub ki, əgər borc tam ödənilməsə, “Azəriqaz” yenidən iddia qaldırılacağını istisna etmir.

İş gününün sonunda isə Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov məlumat verib ki, Çeşmi Hacıyevanın borcu bağlanıb və məhkəmə proseduru ləğv olunub.

Ç.Hacıyeva həm də Ağstafa rayonunun icra başçısı Seymur Orucovun həyat yoldaşıdır. 2011-ci ildən YAP Gənclər Birliyinin sədri olan S.Orucov bu ilin mayında icra başçısı təyin edilib.

Ç.Hacıyeva atası rektor olduğu dövrdə İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə ali təhsil alıb. Daha sonra universitetin Xüsusi istedadlar fakültəsinin dekanı olub.

Bakı Kommersiya Məhkəməsi “Azəriqaz”ın icra başçısının xanımına qarşı iddiasını baxılmamış saxlayıb. Səbəb kimi isə tərəflərdən heç birinin məhkəməyə gəlməməsi göstərilib.

Ana səhifəSosialŞəmsəddin Hacıyevin qızı “Azəriqaz”a olan borcunu ödədi