251 nömrəli məktəbin direktor müavini gah 25 saylı Nizami 2-ci Seçki Dairəsinin 14 saylı məntəqəsində peyda olur, gah da həmin dairənin 16 saylı məntəqəsində görünür.
Məktəbə müəllimlərlə birgə keçir , onları “yerbəyer” edəndən sonra geri qayıdır. Elə hey məktəbin həyətində dolaşır. Kamera nəzarətini görəndə özünü itirir, üzünü gizlətməyə çalışır. Məktəbin həyətinə yığılan müəllimlərə də “çıxın, çıxın” deyə hasardan o tərəfə aparır.
Soruşanda ki, bayaqdan niyə mənqələrdə var-gəl edir, deyir ki, o direktor müavinidir və məntəqəyə yox, yeməkxanaya gedib. Yanındakı müəllimləri o gətirib?
Deyir ki, yox, o müəllimləri məktəbin həyətindən çıxarmağa çalışır. Bəs müəllimləri niyə məktəbin həyətindən çıxarır? Axı onlar səsverməyə gəliblər.
Həmin vaxt susur. Hasardan kənara çıxan müəllimlər deyir ki, onlar səs veriblər, sadəcə məktəbin həyətində dayanmışdılar, indi gedirlər. Bir müddət keçir, müəllimlər yerlərindən tərpənmir.
Niyə getmədiklərin soruşanda hərəsi bir tərəfə, iki müəllim isə yenidən məktəbin həyətinə qayıdır. Onlar yenidən direktor müavini ilə görüşüb məktəbin həyətindəki mühafizəçinin otağına çəkilirlər.