Parlament seçkilərində məşvərətçi səslə komissiya üzvü olan Jalə Bayramova döyülüb. Hadisə 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16-cı məntəqəsində baş verib. Azadə Kərimova Jaləyə yaxınlaşıb deyir ki, onu çəkməsin və izahı gözləmədən onun saçından tutub yerə yıxır. Jalə Bayramova deyir ki, döyülmədən sonra başında şişlər, üzündə cızıqlar qalıb. O xəsarətləri ilə bağlı tibbi arayış ala bilmir.
Jalə Bayramova Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qızıdır. Atası deyir ki, qızını bilərəkdən onun fəaliyyətinə görə döyüblər.
DİN bildirir ki, hadisə ilə bağlı araşdırma davam etdirilir. Yekunda məsələyə hüquqi qiymət veriləcək.
Jalə Bayramova deyir, hadisə ilə bağlı ədalətli qərar verilməsə, işi Avropa Məhkəməsinə daşıyacaq.