Satirik şair niyə həbs edildi? (VİDEO)

13 oktyabrda şair Tofiq Həsənlinin oğurlanması xəbəri yayıldı. 5 gün sonra qohumları onun sorağını Bakı İstintaq Təcridxanasından aldılar.  Şair qanunsuz olaraq külli miqdarda narkotik satmaqda ittiham olunur. Amma şairin qardaşı bu ittihamı qəbul etmir.

45 yaşlı şair Tofiq Həsənli Lənkəranda yaşayıb. O, dükanda satıcılıq edirmiş. Şairin anası Zərifə Cəlalova oğlunun saxlanıldığı gün dükandan çıxmağa hazırlaşdığını deyir. O dükanı bağlayıb çıxmaq istəyəndə içəri narkotik istifadəçisi olan şəxs girib. Ananın sözlərinə görə oğlu  həmin şəxsi küçəyə çıxarıb dükanı bağlayıb. Bazarın qarşısına gələndə isə bir neçə nəfər şairi saxlayıb Lənkəran rayon Polis Şöbəsinə aparıb. Onlar deyiblər ki, dükana baxış keçirməliyik. Ana bildirir ki, dükanın sahibi qadın olduğundan, bu məsələdə adı hallanmasın, get-gələ düşməsin deyə oğlu  “narkotik maddə mənimdir” deyib.

Şair anası ilə birgə yaşayırmış. Zərifə Cəlalova deyir ki, oğlu onun qulluğunda dayanıb. O, həbs olunandan evində rahatlıq tapmır. Ananın tez-tez video müraciətləri yayılır. O, oğlunun yazdığı satirik şeirlərə görə həbs edildiyini bildirir.

Tofiq Həsənli həftədə bir dəfə zəng edib ailə üzvləri ilə danışır. Onlar da imkanlaşdırıb hər həftə ona ərzaq, geyim aparırlar. Şair zəng edərkən vəkilə ehtiyacının olduğunu deyib.

Faiq Həsənov deyir ki, qardaşı dürüstlüyü sevir. Atası belə səhv danışsaydı, Tofiq bunu birbaşa üzünə deyərdi.

Şair bir neçə ay öncə yazdığı şeirlərdə də həbs olunacağını vurğulayırdı.

Ana səhifəVideoSatirik şair niyə həbs edildi? (VİDEO)