Sabah sükut pozulacaq (VİDEO)

Oktyabrın 12-də saat 15:00-da Milli Şura “Siyasi məhbuslara azadlıq və repressiyalara son” şüarı ilə icazəli mitinq keçirəcək. Bunu nəzərə alıb, mitinqin hazırlıq prosesi ilə maraqlandıq. AXCP gənclər təşkilatının sədri İlham Hüseyn bildirdi ki, mitinqi keçirməkdə əsas məqsəd son zamanlar ölkədə baş vermiş siyasi və iqtisadi problemlərdir.


Biz həmişə olduğu kimi mitinqə hazırlığımızı davam edirik. Biz bütün informasiya resurslarından məhrum olmuşuq. Televiziya və ya radio vasitəsilə fikrimizi çatdıra bilmirik. Əsasən sosial şəbəkələrin köməyi ilə öz təbliğatımızı aparırıq.

“NİDA” Vətəndaş Hərakatının İdarə Heyətinin üzvü Ülvi Həsənli isə deyir ki, mitinqə qoşulmayacaqlar. Bunun səbəbi kimi isə Milli Şuranı göstərib.


İdarə Heyətinin qərarı belə oldu ki, biz mitinqə təşkilat olaraq qoşulmuruq. Çünki seçkilərdən sonra Milli Şura daxilində yaranan söz-söhbətdən sonra biz bu qənaətə gəldik ki, mitinqə qoşulmayaq. Bu dava-dalaşdan sonra düşərgəyə qarşı neqativ münasibət yaranıb.

Mitinqə dəvət üçün yalnız facebook sosial şəbəkəsində səhifə yaradılmayıb. Həmçinin küçələrdə mitinqə dəvət uçun vərəqələr də paylanılır.

Ana səhifəVideoSabah sükut pozulacaq (VİDEO)