“Rövşən Cavadov Heydər Əliyevlə danışıqlara gedirdi,öldürdülər”

Əfsanənin müəllifi olmur, onu xalq yaradır. Onu ən çox təsirləndirəni dönə-dönə danışmaqla. Dildən-dilə, nəsildən-nəsilə ötürülən əfsanələrdə həqiqət mifə qarışır, detallar silinir, olanlar şişirdilir.

1995-ci ilin 13-17 mart qiyamından 22 il keçir. Onun nəticəsi Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, polkovnik Rövşən Cavadovun ölümü, OMON-un isə tamamilə ləğvi oldu. Mart qiyamı qansız həll oluna bilərdimi? Ağ bayraq qaldırıb, danışıqlara gedən qiyamçı polkovnik nəyə görə öldrüldü? 1995-ci il martın 18-i ABŞ-ın Azərbaycanda o vaxtki səfiri Riçard Kazlariçin prezident Heydər Əliyevə ünvanladığı məşhur sualı biz yenidən soruşur və ona cavab tapmağa çalışırıq. Axı əgər əsas şahid sağ qalsaydı, biz bu gün müasir tariximizin ən böyük qiyamıına gətirib çıxaran hadisələri, onların havadar və icracılarını zənn etməz, dəqiq biləcəkdik. “ƏN ƏSASI Sevinc Osmanqızı ilə” verilişinin “Qiyam” buraxılışı əfsanələşən Rövşən Cavadovun son günlərinin gizlilərinə həsr olunub.

Ana səhifəVideo“Rövşən Cavadov Heydər Əliyevlə danışıqlara gedirdi,öldürdülər”