Rəsul Cəfərov: Saxta etiraf edə bilmərəm

15 apreldə hüquq müdafiəçisi Rəsul Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsində son çıxışını edib. O, məhkəmə baxışı zamanı zərərçəkənlərin ifadə verərək adlarının bu siyahıdan çıxarılmasını istədiklərini deyib. Zərərçəkmiş kimi tanınan 5 şəxs Rəsul Cəfərovdan şikayətçi olmadığını məhkəməyə açıqlayıb. O, şahidlərin də onun əleyhinə ifadə vermədiklərini vurğulayıb.

Son nitqində Rəsul Cəfərov bildirib: “Prokuror deyir ki, Rəsul cinayətin etiraf etsəydi, bu, yüngülləşdirici hal kimi nəzərə alınardı.  Amma mən etmədiyim bir əmələ görə saxta etiraf edə bilmərəm”.

Rəsul Cəfərov çıxışının sonunu “Mən sizdən barəmdə bəraət hökmü çıxarmanızı istəyirəm. Bu halda ədalət bərpa olunacaq” sözləri ilə bitirib. Məhkəmə heyəti müşavirəyə gedib və qərarı 16 apreldə açıqlayacaqlarını bildiriblər.

Ana səhifəVideoRəsul Cəfərov: Saxta etiraf edə bilmərəm