Qubad İbadoğlu: Yerli istehsalın bahalaşmasına zəmin yaradılır

”Yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir”

Source:


”Yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir”

“İdxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır”.

İqtisadçı Qubad İbadoğlu bu fikirdədir. Bu barədə öz “Facebook” səhifəsində yazan iqtisadçı deyir ki, son artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb:

“Məsələn, super markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağınızı qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə, bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılması üçün yeni əsaslar yaradır. Çünki inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra A-92 benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan A-92, Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür. Bununla yanaşı, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır. Beləliklə də, ölkələrarası müqayisədə qiymətin bahalaşmasına əlavə arqumentlər yaradır. Odur ki, yaxın zamanlarda bütün növ markada olan benzinin qiymət bahalaşması gözləniləndir”.

Yanvarın 31-də gecə saatlarında Azərbaycana idxal olunan “Premium” markalı benzin 1 manat , “Super” markalı benzin isə 1 manat 20 qəpik

olub

.

Ana səhifəXəbərlərQubad İbadoğlu: Yerli istehsalın bahalaşmasına zəmin yaradılır