Benzinin qiyməti 10 qəpik qalxdı

Ölkəyə idxal olunan benzinin qiymətində artım baş verib

Source:



Ölkəyə idxal olunan benzinin qiymətində artım baş verib

Artıq yanacaqdoldurma məntəqələrində “AI-95 Premium” və “Aİ-98 Super” markalı benzinin yeni qiymətləri tablolara vurulub, bu barədə APA xəbər verir

Belə ki, “AI-95 Premium” markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

Bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir. Qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.

Ana səhifəXəbərlərBenzinin qiyməti 10 qəpik qalxdı