78 yaşlı Ermənistan qaçqını şəhər həyatından şikayətlənir. O, metronun “Azadlıq” stansiyasının yaxınlığında ev əşyaları satır. Əsasən də özü düzəldir – oxlov, dördayaq, sarımsaqəzən…
Rayonda əvvəlki mal-qaralı, əkin-biçinli həyatı ilə indi aldığı 160 manat pensiyanın hesabına sürdüyü həyat tərzini muqayisə edir. Deyir: ” Torpağımız var idi, əkirdik, biçirdik, almamız, armudumuz var idi, yeyirdik. Şəhərdə nə yeyəsən?”
Sexlərdə qalan artıq taxtaları ustalardan istədiyini və onlardan əşyalar düzəltdiyini deyən yaşlı baba həm də tum satmaqla cörəkpulu qazanır. Gündəlik qazancı 1-2 manat olsa da, özünü parkda oturan digər yaşlılardan fərqli görür. “Bax orda gəlib otururlar boş-bekar, amma mən bu sənəti oyrənmişəm, düzəldirəm, satıram.” Qış aylarından fərqli olaraq İsti havalarda daha tez gəlib, gec qayıdır evinə. Bütün qaçqınlar kimi onun da son sözü əsas istəyi doğma torpağına qayıtmaqdır…