Bura Nərimanov rayonu, Həsən Əliyev 82-də yerləşən "Tramvay Parkı"dır. bir neçə ay öncə buradan 70-dən çox məcburi köçkün ailəsi köçürülüb. Ərazidə yalnız 8 ailə qalıb.
Onlar da qorxu içində… Evlərin üzərindən keçən beton panellər qəzalı vəziyyətdədir. Sənan Seyidov Kəlbəcər rayonundan məcburi köçkündür. Bir otaqda 4 nəfər yaşayırlar.
Məcburi köçkün Beyrək Əliyev deyir ki, sakinlər köçəndə sonra bura xarabalığa çevrilib. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sözcüsü İbrahim Mirzəyev isə deyir ki, orada qalan sakinlərin köçürülməsi ilə bağlı müxtəlif problemlər var. Bəzilərinin valideynlərinə ev verilib, bəzilərinin isə adlarına çıxarış var.