Şuşa azad olunan gün hərbi hospitalın pəncərəsindən əlini ürəyinə qoyub “Şuşa bizimdir” deyən hərbçi Sahil Həsənli müharibədə bir qolunu itirib.
1 oktyabrda müharibəyə könüllü yollanan hərbçi Qubadlıda döyüşərkən yanına minamyot düşüb. O deyir ki, əslinə qalanda müharibə dəhşətdir. “Onu heç kim yaşamamalıdır. Dinimiz də bunu buyurur. Amma məcburiyyət halında müharibə bizim üçün qələbədir”.