Prezidentin xəbəri yoxdur?

Bu gün Uğur İbrahimov kimi çarəsiz duruma düşən, sosial vəziyyəti ağır olan yüzlərlə Qarabağ qazisi var. Ədalət axtarışına çıxan Zaur Həsənov da səsinin eşidilməsi üçün özünü yandıraraq həyatına belə son qoydu. O öz ölümü ilə tək öz dərdini yox, digər Qazi yoldaşlarının da illərdir ki, gözardı edilən problemlərini gündəmə gətirmiş oldu. Zaur Həsənov özünü yandırmazdan öncə 15 gün aclıq aksiyası keçirmiş, bir dəfə də damarlarını doğramaqla haqsızlığa üsyan etmişdi. Qazinin son üsyanı daha bir məqam da diqqətə gəlmiş oldu, məmurların özbaşnalıqları, vətəndaşların müraciətlərinin saya alınmaması. Uğur İbrahimov kimi bir çox insanlar isə hesab edir ki, onların səsinin eşidilməməsinin səbəbi ölkə başçısının bundan xəbərsiz olmasıdı. Gəncədə də prezidentin şəhərə səfər edəcəyini eşidən bir vətəndaş yaşadığı binanı qumbara ilə partladacağı ilə hədələyirdi. Məqsədi isə bu yolla dərdini ölkə rəhbərinə eşitdirə bilmək idi.Ölkə başçısı İlham Əliyev isə bir neçə dəfə çıxışında bildirib ki, onun ölkədə baş verən bütün hadisələrdən xəbəri var.

Ana səhifəVideoPrezidentin xəbəri yoxdur?