İctimai fəallar, müxalifətçilər, müstəqil jurnalistlər Azərbaycanda illərlə təqiblərə məruz qalırlar. 2014-cü ildə repressiyaların növbəti dalğasından sonra bir çoxu postsovet ölkələrinə, əsasən də Gürcüstan və Ukraynaya sığınmağa məcbur olub. Bir zamanlar bu ölkələr daha demokratik, orada yaşamaq isə daha təhlükəsiz hesab olunurdu. Əslində isə belə olmadı – bu ölkələrin hakimiyyətləri Bakıya ölkə hüdudlarından kənarda tənqidçiləri təqib etməkdə kömək etdilər.