Polis şöbəsi qarşısında növbə çəkənlər (VİDEO)


Avqustun 22-də Mingəçevir şəhərində keçirilən aksiya zamanı saxlanılan şəxslərin yaxınları onlarla görüşə bilmir.

Mingəçevirdə olan Meydan TV əməkdaşlarının məlumatına görə, səhər saatlarından polis şöbəsinin yaxınlığına toplaşan adamlar həbs olunan yaxınlarının vəziyyətindən narahatdılar. Yaxınlarının dediyinə görə, saxlanılanlar arasında yaşlı və səhhətində problem olanlar da var.

Hadisə ilə bağlı Mingəçevirə ezam olunan DİN əməkdaşı, general Cavanşir Məmmədov Meydan TV-yə bildirib ki, aksiya zamanı 21 deyil, 15 nəfər saxlanılıb və onların hamısı hazırda şöbədədir, Gəncəyə aparılması ilə bağlı yayılan xəbərlər doğru deyil. Həbs olunanlardan 6-7 nəfərinin işi prokurorluğa təqdim olunub. Digərləri məhkəmə qərarı ilə inzibati qaydada cərimələnəcək. Aksiyanın videogörüntüləri ilə daha bir neçə iştirakçı müəyyənləşərək, saxlanılıb.

Ana səhifəVideoPolis şöbəsi qarşısında növbə çəkənlər (VİDEO)