Polis oğlu öldürülmüş ana mayorun həbsini tələb edir

Oğlu ölmüş ana polis mayorunun həbsini istəyir

Dekabrın 15-də Ağstafanın Göyçəli kənd sakini Sona Bağırova və yaxınları Ağstafa Rayon Prokurorluğunun qarışısında aksiya keçiriblər.

Oğlu Vasif Bağırovun keçmiş polis mayoru, cinayət-axtarış bölməsinin rəisi Alyat Rəfiyev tərəfindən öldürüldüyünü deyən qadın onun həbs olunmasını tələb edir.

Vasif Bağırov Ağstafa rayon polis şöbəsinin post-patrul xidmətində polis nəfəri kimi xidmət edib. İddiaya görə, 18 iyun 2016-cı il tarixdə gecə saatlarında Altay Rəfiyev öz xidməti silahından atəş açaraq Vasif Bağırova başından xəsarət yetirib. 4 gün sonra – iyunun 22-də yaralı polis Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib. Sona Bağırova deyir, o gün – bu gün, hadisəni törətmiş polis mayorunun cəzalandırılması üçün döymədiyi qapı qalmayıb. Yalnız onun daxili işlər orqanından xaric edilməsinə nail ola bilib. Bu isə anaya yetərli deyil. O, polis mayorunun həbs olunmasını

tələb edi

r.

Bu fakt üzrə Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayət işinə üç dəfə xitam verilib. Bu qərarlar Vasif Bağırovun ailəsini qane etmədiyindən anası Sona xanım hər dəfə qərarın ləğvi üçün müvafiq instansiyalara müraciət edib.

Ana səhifəVideoPolis oğlu öldürülmüş ana mayorun həbsini tələb edir