Piyada keçidindən keçən qadını maşın vurdu

Bakıda piyada zolağından istifadə etməklə yolu keçmək istəyən gənc qadını avtomobil vurub.

“Report” xəbər verir ki, hadisə avqustun 13-də günorta saatlarında paytaxtın Xətai rayonu ərazisindəki Afiyəddin Cəlilov küçəsində baş verib.

Gənc qadın piyadalar üçün nəzərdə tutulan zolaqdan istifadə etməklə yolu keçmək istəyərkən sürətlə gələn “Mercedes” markalı 90-KM-306 dövlət nömrə nişanlı avtomobil onu vurub. Piyada aldığı zərbədən yerə yıxılıb və ayağa qalxa bilməyib.

Piyadanı vuran avtomobilin sürücüsü və yaxınlıqda olan insanlar zərərçəkmişə yardım ediblər.

Ana səhifə ▸ Video ▸ Piyada keçidindən keçən qadını maşın vurdu