27 ildən sonra işinə dönən Kifayət Məmmədova indi sənətini şagirdlərə öyrədir
Source:
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 18 İyul 2016 16:29
Son dəyişiklik: 29 Oktyabr 2021 15:55
Kifayət xanım öz şagirdlərinə ağacın üzərində müxtəlif fiqurları necə işləmək lazım olduğunu göstərir
27 ildən sonra işinə dönən Kifayət Məmmədova indi sənətini şagirdlərə öyrədir
Kifayət Məmmədovanı Zaqatalada hamı oymaçı qadın kimi tanıyır. Azərbaycanda yaşayan azsaylı xalqlardan – saxurlardan olan Kifayət Məmmədova 1955-ci ildə Qax rayonunun Qum kəndində anadan olub. Atası II Dünya Müharibəsində iştirak etdikdən sonra ailəsi ilə birlikdə Dağıstandan Qaxa köçüblər və həyatlarını burada davam etdiriblər.
Kifayət Məmmədovanın istəyi bədən tərbiyəsi müəlliməsi olmaq imiş. Bakıxanov (keçmiş Razin) qəsəbəsində yerləşən peşə məktəbinə sənədlərini versə də, gecikmə səbəbindən qəbul ola bilməyib. Alternativ olaraq oyma sənəti ilə maraqlanıb.
Beləliklə, 1974-78-ci illərdə peşə məktəbinə daxil olur və oranı yüksək qiymətlərlə bitirir. Məktəbi bitirdikdən sonra isə bir neçə il doğulduğu Qax rayonunda peşəsinə uyğun fəaliyyət göstərir. Ailə qurduqdan sonra isə 27 il oyma sənəti ilə məşğul ola bilmir.
Daha sonra 2002-ci ildən bugünə kimi Zaqatalada yerləşən Uşaq Yaradıcılıq Mərkəzində işini davam etdirir. Bu müddət ərzində yüzlərlə şagirdə dərs deyib.
Kifayət xanım şagirdlərə oymanın 5 növünü öyrədir. Oyma, dağlama, qravyüra, şəbəkə və mozayka. Bunların içərisində ən çətini olan mozaykadır. Kifayət xanım deyir ki, oyma sənətinin çətin və gəlirin az olmasına baxmayaraq, peşəsinə olan sevgisi hələ də qalır:
“Tələbə yoldaşlarımdan heç kəs bu işi davam etdirmədi. Bütün çətinliklərə baxmayaraq, mən irəli düşdüm. Bu işi sevməyimdəndir ki, 27 ildən sonra yenidən davam etdirdim. Düşünürəm, insanın harada yaşayıb-işləməsindən asılı olmayaraq, gərək bir məqsədi olsun. Əgər bir hədəfin varsa, ona doğru mütləq getməlisən. Gec, yaxud tez, qələbə sənin olacaq”.
Kifayət xanım öz şagirdlərinə ağacın üzərində müxtəlif fiqurları necə işləmək lazım olduğunu göstərir
Oymada bıçaqla işlədiyindən alətdən təhlükəsiz istifadə qaydalarını da izah edir
Daun sindromlu Nuru oymanın ”dağlama” növündən üzüm şəklini çəkir
Bugünə qədər Kifayət Məmmədova müxtəlif diplom və sertifikatlara layiq görülüb
Kifayət xanım, Zaqatalada yaşayan azsaylı xalqlardan ibarət kiçik fiqur hazırlayıb
Kifayət xanım öz şagirdlərinə ağacın üzərində müxtəlif fiqurları necə işləmək lazım olduğunu göstərir
Oymada bıçaqla işlədiyindən alətdən təhlükəsiz istifadə qaydalarını da izah edir
Daun sindromlu Nuru oymanın “dağlama” növündən üzüm şəklini çəkir
Nuru artıq bir neçə aydır ki, Kifayət xanımın yanına gəlib-gedir. Kifayət xanım deyir ki, bir neçə aydan sonra Nurunun öz fərdi sərgisi olacaq.
Bugünə qədər Kifayət Məmmədova müxtəlif diplom və sertifikatlara layiq görülüb
Kifayət xanım, Zaqatalada yaşayan azsaylı xalqlardan ibarət kiçik fiqur hazırlayıb
Oymanın ən çətin növlərindən biri də mozaykadır. Kifayət xanım bu mozaykanı 3 aya hazırlaya bilib.
Şagirdlərdən başqa Kifayət xanımın nəvəsinin də bu sənətə marağı var. O, nəvəsinin hazırladığı oymanı göstərir
Şagirdlərinin içərisində daha çox 9-cu sinif şagirdi Elmar Mahmudov bu sahəyə maraq göstərir. Kifayət Məmmədova öz otağında onun hazırladığı işləri üçün stend də hazırlatdırıb
Gününün çox hissəsi Uşaq Yaradıcılıq Mərkəzində keçir. Kifayət xanım deyir ki, işi çox və maraqlı olduğundan vaxtın necə keçdiyini bilmir.
Kifayət xanım 27 ildən sonra Zaqatala Uşaq Yaradıcılıq Mərkəzində öz işinə davam etdirmək qərarını verib. 2002-ci ildən burada çalışır
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.