Orxan Baxışlının anası: ”Allah da bunu götürməz”

Həbsdə olan AXCP fəalı Orxan Baxışlının valideynləri mətbuat konfransı keçirib. Anası Kəmalə Rəhimli bildirib ki, Orxan Baxışlı iki gündür Kürdəxanıdan Yasamal Rayon Polis İdarəsinə gətirilib. Müstəntiq Əli Babayev ona istintaqın yekulaşmaq üzrə olduğunu deyib.

Kəmalə Rəhimli Orxanın siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir.

“Əliyev bir şeyi unutmasın ki, Elmar Hüseynovu və digər dostlarımızı qətlə yetirdiyi kimi biz gənclərin yolunu kəsməyə hesablanmışdı bu əslində ki, Elmardan sonra başqa jurnalistlər ortalığa çıxa bilməsin”.

Valideynləri hesab edir ki, Orxan Baxışlı Elmar Hüseynovun qəbri üstündəki çıxışından sonra şərlənərək həbs olunub.

AXCP fəalı Orxan Baxışlıya qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Bu ittihamla onu 5 ildən 12 ilədək müddətə həbs cəzası gözləyir.

Ana səhifəVideoOrxan Baxışlının anası: ”Allah da bunu götürməz”