Orduxan Teymurxanın bacısı oğlunun saxlanıldığı deyilir

“Tural Əliyev dərsdən gələrkən yoldan zorla aparılıb”

Source:
Tural Əliyev
Tural Əliyev

“Tural Əliyev dərsdən gələrkən yoldan zorla aparılıb”

Avropada yaşayan mühacir Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyev saxlanılıb. Bu barədə Meydan TV-yə O.Teymurxan məlumat verib. 19 yaşlı Tural Əliyev Bakı Dövlət Universitetinin kimya fakültəsində oxuyur. O.Teymurxanın sözlərinə görə, T.Əliyev universitetdən qayıdanda yolda saxlanılıb:

“Yoldan zorla aparılıb. Deyirlər, 2 ay müddətinə həbs ediblər. Hansı maddə ilə həbs olunduğu bilinmir”.

Bu ilin fevral ayında da Bakıda yaşayan yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası

verilmişdi

.

Ötən ilin əvvəllərində O.Teymurxanın Azərbaycanda yaşayan yaxınları oxşar münasibətlə üzləşdiklərini bildirmişdilər. Onun 12 nəfər qohumunun polis bölməsinə aparıldığı, təzyiqlərə məruz qoyulduğu

bildirilirdi

.

Ötən il aprelin 13-də isə blogerin ailə üzvləri, qohumları İlham Əliyevə müraciət edərək O.Teymurxandan imtina etdiklərini

bildirdilər

.

Ana səhifəXəbərlərOrduxan Teymurxanın bacısı oğlunun saxlanıldığı deyilir