Səyahət, istirahət etmək hamının arzusudur. Bəs bu arzunu reallaşdırmaq neçəyə başa gəlir? Orta statistik azərbaycanlı nə qədər əmək haqqı almalıdır ki, ildə heç olmasa bir dəfə, bir həftəlik istirahət edə bilsin?
Turizm şirkətinin meneceri Natəvan Cəlalova deyir ki, dolların kursunun qalxması bu sahəyə yaxşı təsir etməsə də, hələlik müştərilərinin sayında görünən dəyişiklik yoxdur.
2015-ci ildə Azərbaycanda ardı-arda iki dəfə devalvasiya baş verib. Nəticədə manat 2 dəfə dəyərdən düşüb.Turizm üzrə ekspert Ülvi Həsənli deyir ki, ölkədə insanların gəlirləri azalsa da, qiymətlər aşağı düşməyib. O, turizm sahəsində qiymətlərin bahalığını bu sahənin tək əldə birləşməsi ilə əsaslandırır.
Ülvi Həsənli deyir ki, qiymətlər baha olduğundan vətəndaşlar dincəlmək üçün Gürcüstanı, Türkiyəni seçir.
Gürcüstanın Milli Turizm Administrasiyası da ötən il açıqlayıb ki, təkcə mayda ölkələrinə 12 min nəfər Azərbaycan vətəndaşı gedib.
Otel-axtarış saytlarında Qəbələdə yerləşən otellərdə bir həftə dincəlməyin qiyməti 210 manatla 31 min manat arasında dəyişir.
Bakı sakinlərindən də soruşduq ki, aldıqları maaşla neçə gün istirahət mərkəzlərində dincələ bilərlər?
Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilə turizmə dair rəqəmlər hələ hazır deyil. 2015-ci ilin məlumatlarına görə, ölkə içində yerləşdirilən turistlərin sayı 62 min nəfər olub. Turizm müəssisələri isə 36 milyondan çox gəlir götürüb.