Ali Məhkəmə prosesin vaxtını açıqlayıb
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, “Müsəlman Birliyi” Hərəkatın sədri Taleh Bağırzadə və daha 16 nəfərin ittiham olunduğu “Nardaran işi” üzrə Ali Məhkəməyə verdikləri kassasiya şikayətinə fevralın 22-də baxılacaq.
Proses Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.
T. Bağırzadə Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. O, 20 il müddətinə azadlıqdan məhrum
edilib.
F. Qəhrəmamlı isə hadisələrdən sonra saxlanılıb və 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar ittihamı qəbul etmirlər.