”Nardaran işi”ndə hökm oxundu

Nardaran məhbuslarına hökm oxundu

Source:

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Nardaran məhbusları”na hökm oxunub.

Hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verilib. Taleh Bağırzadə və Abbas Hüseynov həbslərinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkəcəklər.

Hökmlə təqsirləndirilən Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinə 14 il 6 ay,  Ramin Yarıyevlə Aqil Quliyevə 10 müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Abbas Hüseyn, Tale Bağırzadə və tərəfdarları
Abbas Hüseyn, Tale Bağırzadə və tərəfdarları

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

2013-cü il martın 31-də həbs olunan Taleh Bağırzadə 2015-ci ilin iyunun 31-də azad olunmuşdu.

İlahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu və iki il azadlıqdan məhrum edilmişdi.

Daha sonra həbsdə olduğu müddətdə Tale Bağırzadə Cinayət məcəlləsinin 317-1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə də ittiham olunub. Onun kamerasından mobil telefon tapılmışdı.

Ana səhifəXəbərlər”Nardaran işi”ndə hökm oxundu