Müxalifət Rəsulzadənin 131 illiyini qeyd etdi (VİDEO)

Müsavat başqanı Arif Hacılı: Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Azərbaycan xalqının və bu günkü dövlətimizin mövcud olmasında bütün Azərbaycan xalqı ilk növbədə Məhəmməd Əmin Rəsulzadəyə, onun silahdaşlarına borclu olmalıdır.

Müsavatın eks başqanı İsa Qəmbər: Şəxsən mənim üçün bəlkə də yeganə şəxsiyyətdir ki, nə həyatında, nə fəaliyyətində, nə də yaradıcılığında nöqsan tapa bilmirəm. Məhəmməd Əmin Rəsulzadə Azərbaycana Müsavat ideologiyasını gətirib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: Rəsulzadə bizim üçün təkcə milli dövlətçiliyimizin əsasını qoymuş tarixi şəxsiyyət deyil. Onun yeri təkcə tarixdə deyil. Rəsulzadə həm də bizim üçün İnsanlara Hürriyyət, Millətlərə İstiqlal ideyasını gələcək üçün hədəf göstərən liderdir.

AXCP sədri Əli Kərimli: Bizim üçün Rəsulzadə olduqca böyük şəxsiyyətdir. Çox təəssüf ki, hələ də qurduğu bu dövlətdə layiq olduğu qiyməti almayıb. Hesab edirəm ki, 31 yanvarda çoxlu sayda insanın bura toplaşıb gəlməyi özünə məxsus etirazdır. Azərbaycan rəsmilərinin Rəsulzadə irsinə olan soyuq, biganə, nankor münasibətinə etirazdır.

Milli Şura sədri Cəmil Həsənli: Tarixdə ideoloqlar böyük şəxsiyyətlər çox olur. Amma o şəxsiyyətlərin ən böyüyü odur ki, yeni dövlət yaradır. Rəsulzadə və digər qurucu babalarımız, heçnədən bu bayrağı ucaldanlar, dağıdılmış imperiyanın qalıqları üzərində yeni dövlət yaradanlardır. Eşq olsun Rəsulzadəyə və onunla birlikdə bütün qurucu babalarımıza.

Ana səhifəVideoMüxalifət Rəsulzadənin 131 illiyini qeyd etdi (VİDEO)