Müdafiə Nazirliyi: Ermənilər yolu azan Azərbaycan əsgərini vurublar

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Foto: Müdafiə Nazirliyi


“Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət olunub”

Cəbhəboyu zonada yerləşən hərbi hissədə sentyabrın 22-də əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistan mətbuatı əsgərin diversiya qrupunda olması və digərlərinin geri çəkilməsi barədə məlumat yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yazdığını yalan adlandırıb.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Ermənilər yolu azan Azərbaycan əsgərini vurublar