Səlahiyyətli nümayəndələr qeydə alınıb
Fevralın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK üzvləri 11 aprel növbədənkənar president seçkilərində namizədliklərin irəli sürülməsi ilə bağlı məsələlərə baxılıb.
İclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin və namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Daha sonra səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr qeydə alınıb.
Fevralın 5-də dövlət başçısı İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqda
sərəncam
imzalayıb.
Mərkəzi Seçki Komissiyası fevralın 14-də 5 nəfərin prezidentliyə namizəd olmaq üçün sənədlərini qəbul
edib
.
Müxalif düşərgədən Müsavat, AXCP, KXCP, REAL, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı seçkini boykot edib.