Namizədlər dəstək üçün 40 min imza toplamalıdırlar
Mərkəzi Seçki Komissiyasının 14 fevral iclasında 5 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Komissiya Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı ölkə başçısı İlham Əliyevin, vəkil, namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiya tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş deputat Zahid Orucun namizədliyini təsdiqləyib.
Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Prosedura əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxslər dəstək üçün 40 min imza toplamalıdırlar. İmzalar təsdiq olunduğu halda, şəxs rəsmi olaraq prezidentliyə namizəd kimi təbliğat apara bilər.
Fevralın 5-də dövlət başçısı İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqda
sərəncam
imzalayıb.