Milli Məclis autizm sindromlu şəxslərə cavab vermir (VİDEO)


Autizm üç yaşından əvvəl başlayan, ünsiyyətə zərər verən, beyinin inkişafına maneə törədən bir xəstəlikdir

2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir keçirilib. Autizm Mərkəzində keçirilən tədbirə dövlət qurumlarının nümayəndələri jurnalist, valideynlər və bu sindromdan əziyyət çəkən uşaqlar da qatılıblar.

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyininin rəhbəri Çiçək Qəzənfərqızı dövlət qurumlarından böyük dəstək gözlədiyini bildirib. O deyib ki, əsas arzumuz autizm sindromunun qanunlarda yer almasıdır.

Birlik rəhbəri açıqlayıb ki, ötən il autizmli şəxslərlə bağlı Milli Məclisə təkliflər paketi göndəriblər. O, bu günə qədər müraciətinə cavab verilmədiyini bildirib.


Birlik açıqlayıb ki, ötən il aparılan araşdırmalara əsasən autizm sindromlu uşaqların artımına görə Azərbaycan dünya ölkələri sırasında 3-cü yeri tutub.

Autizm üç yaşından əvvəl başlayan, ünsiyyətə zərər verən, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Azərbaycanda autizmə peyvəndlərin səbəb olması ilə bağlı məhkəmə çəkişməsi də aparılıb. Bir qrup valideyn xəstəliyə səbəb kimi peyvəndlərin təkibində ağır metalların (civə və alüminium) olmasını göstərmişdilər.

Ana səhifəVideoMilli Məclis autizm sindromlu şəxslərə cavab vermir (VİDEO)