Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

Bundan başqa İlham Əliyev Fərman verərək, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edib.

Source: president.az


İqtisadiyyat nazirliyi yeni “super” nazirliyə çevrildi

Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.

Bundan başqa

İlham Əliyev

Fərman verərək, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi,

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

nin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edib.

Oktyabrın 22-də

İlham Əliyev

Şahin Mustafayevi İqtisadiyyat naziri vəzifəsindən azad edərək, Baş nazirin müavini təyin edib.


Mikayıl Cabbarov

Vergilər Nazirliyinə 2017-ci ilin dekabrında təyin edilmişdi. O, bu vəzifədə Fazil Məmmədovu əvəz etmişdi.

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. Prezidentin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 19 aprel 2013-cü ildən 5 dekabr 2017-ci ilə qədər Təhsil naziri olub. Evlidir, 2 övladı var.

Ana səhifəSiyasətMikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu