Mikayıl Cabbarov onun yerinə təyin edildi
Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən azad
edilib
.
Dövlət başçısının digər sərəncamına əsasən, təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad edilərək, vergilər naziri təyin
edilib
.
Təhsil nazirliyinə kimin təyin edildiyi və ya Fazil Məmmədova vəzifə verilib verilməyəcəyi hələlik məlum deyil.
Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.
2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
Prezidentin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Prezidentin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib. Evlidir, 2 övladı var.
Fazil Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.
1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb.
1999-cu il iyun ayının 20-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib. 2000-ci il fevral ayının 11-dә prezidentin fәrmanı ilə Vergilәr Naziri tәyin edilib.
Azərbaycan Güləş Federasiyasının prezidentidir.