30 iyul gecə saatlarında Tarif Şurası avtobus və metroda gedişhaqlarını 50 faiz artırıb. Əvvəllər bu xidmət üçün 20 qəpik ödəyən vətəndaşlar avqustun 1-dən 30 qəpik xərcləyəcəklər. Tarif Şurası bu qərarın Bakı Metropoliteninin dövlət büdcəsindən asılılığını azaltmaq və sərnişindaşımada xidmətin səviyyəsini artırmaq məqsədi daşıdığını bildirib. Qərarda həm də qeyd olunub ki, qiymət artımından sonra belə Azərbaycanda ictimai nəqliyyat MDB ölkələrindən ucuzdur.
İqtisadçı-alim Nazim Baydəmirli qiymət artımı ilə bağlı Tarif Şurasının əsaslandırmasını qanedici saymır. O bildirir ki, qurum inhisarçılığın, süni qiymət artımının qarşısını almaq üçün yaradılsa da, daha sonra bunun əksini edib.
18 nömrəli avtobusun sürücüsü bildirir ki, qiymət artımından sonra onların da maaşı artacaq.
İqtisadçı-alim Nazim Baydəmirli deyir ki, vətəndaşlardan gələn vergi ilə dövlətin yaratdığı “Baku Bus” şirkəti inhisarçılıqdan istifadə edib daha çox gəlir götürür.