”Mənə dedi ki, day-dayımın prezidentlə şəkli var” (VİDEO)

“2013-cü ilin iyununda müdiriyyətə yaxınlaşıb, “niyə məni dalbadal gecə növbəsinə yazmısınız?” dediyimə gorə məni təhqiramiz şəkildə otaqdan qovdu. Dedim ki, haqqımı tələb edirəm, həm də mən Qarabağ əliliyəm, döyüşmüşəm. Məni təhqir edib, yumruq atdı”.

Bu sözləri Qarabağ əlili Güloğlan İbrahimov deyir. Onun sozlərinə görə, Gədəbəydəkı Qızılçıxarma Zavodunun rəhbərliyində təmsil olunan İlqar Abbasov və Rahib Rzayev onu təhqir ediblər. Rahib Rzayev “get, kimə şikayət edirsən et, xeyiri olmayacaq. Mənim day-dayım Şakirin prezidentlə şəkli var ” – deyib.

Güloğlan İbrahimov aksiya keçirməkdən başqa çıxış yolu görmür: “Yasamal rayon hərbi komissarlığına ərizə yazıb könüllü olaraq döyüşlərə getmişəm. Füzuli rayonundakı döyüşlərdə qolum sınıb, belimdə qəlpə var, ayağımdan güllə yarası almışam. Ayağımda dəmir mil var. Fəhlə də işləyə bilmirəm. İşdən qanunsuz çıxarıblar, evim yoxdu, kirayədə qalıram. Heç olmaya Vətənə etdiyim xidmətə görə hörmət edəydilər. Bu hörmət də yoxdu, bəs mən nə edim?”

Dövlət Əmək Müfəttişliyi Güloğlan İbrahimovun müqavilə müddəti bitməmiş işdən çıxarılmasını qanunsuz hesab edib və bununla bağlı zavod rəhbərliyinə məktub ünvanlayıb. Lakin qurumun tələbinə əməl edilməyib. Dövlət Əmək Müfəttişliyindən Meydan TV-yə məsələni araşdıracaqlarını bildiriblər.

Meydan TV-nin Gədəbəy Qızılçıxarma Zavodunun rəhbərliyi ilə əlaqə saxlamaq cəhdi alınmayıb.

Güloğlan İbrahimov
Güloğlan İbrahimov
Güloğlan İbrahimov
Güloğlan İbrahimov
Güloğlan İbrahimov
Güloğlan İbrahimov
Ana səhifəVideo”Mənə dedi ki, day-dayımın prezidentlə şəkli var” (VİDEO)