AXCP sədrinin müşaviri bir gün yarım azadlıqda olacaq
AXCP sədrinin müşaviri Məmməd İbrahim həbsdən buraxıldı. Ona atasının yas mərasimində iştiraka görə icazə verilib. Bu barədə Meydan TV-yə vəkili Yalçın İmanov məlumat verib.
O bildirib ki, müvəkkilinə yasda iştirak etmək üçün bir gün yarımlıq icazə verilib:
“Məmməd İbrahim artıq 16 saylı Cəzaçəkmə Müəssisəsindən çıxıb, Yevlaxa yas məclisinə gedir. O, sentyabrın 7-də günortadan sonra müəssisəyə qayıtmalıdır”.
Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Onun atasının dəfnində iştirakına icazə verilməyib.
M. İbrahim CM-in 221.2.2-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.