Mehriban Əliyeva birinci vitse-prezident kimi Rusiyanın “Rossiya1” kanalına verdiyi ilk müsahibəsində Azərbaycan vətəndaşlarının sosial problemlərinin həllinə çalışacağını deyib. Rasim İsmayılov Suraxanı rayonu mədən ərazisində vaqonda yaşayır. İş olandan olana fəhlə kimi çalışıb öhdəliyindəki iki uşağını böyüdür. Evin balacası da dolanışıq üçün təkər qaraldıb atasına kömək edir. Evdə yataq, istilik, hamam yoxdur. Üstəlik də dəmir vaqon onun deyil, hər ay şəraitsiz otağa 100 manat kirayə pulu verir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 27 fevralda mətbuata verdiyi açıqlamada ölkədə 5-6 faiz aralığında yoxsulluğun olduğunu deyir. İqtisadçılar bunun rəsmi rəqəmlərdən çox olduğunu açıqlayırlar.
Bakı sakinlərindən soruşduq ki, Mehriban Əliyevadan hansı sosial problemlərinin həllini istəyirlər.