Mədət Quliyevdən yeni təyinatlar

Peşəkarlar MTN-ə qayıdır

Source:


Peşəkarlar MTN-ə qayıdır

İşdən uzaqlaşdırılmış peşəkar çekistlər yenidən Milli Təhlükəsizlik Nazirliyinə qaytarılır. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Mədət Quliyevin oktyabrın 27-də imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub.

Mədət Quliyevin əmri ilə daha bir peşəkar çekist Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Keçmiş polis işçiləri – MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudov isə tutduqları vəzifədən azad olunublar.

Saytın məlumatına görə, bəzi KİV-lərin yazdığı kimi, hazırda sərəncamda olan Elşad Mahmudov sabiq nazir Eldar Mahmudovun qohumu deyil.

Ana səhifəXəbərlərMədət Quliyevdən yeni təyinatlar