Məcburi köçkünlərə kompensasiya ayrıseçkiliyi (VİDEO)

 “20 illik əməyimin üstündən bir gündə xətt çəkdilər. Buldozerlə evimi gözümün qabağnda uçurtdular”. Kəlbəcərdən  məcburi köçkün olan 46 yaşlı Mahirə Ələsgərova, dövlət tərəfindən  məcburi köçkünlər üçün tikilən yeni evinə necə köçürüldüyünü danışır:

“Əvvəlki evim 125 kv  olardı. Həyətimdə hər növ meyvə ağacı var idi. Hələ mən bir dəfə bazara getmirdim hər şey öz həyətimdən idi. Bu qədər əziyyətin qarşılığında mənə iki otaqlı ev verildi, bunu istəmirəm. Açarı geri qaytardım, götürmədilər, dedilər istəsən də budur, istəməsən də.  Bir az səs-küy eləsən sənində oğlunu götürüb apararıq. Sakit ol yığış. Mən də ağlaya-ağlaya yığışdım”.

Bura Bakının Bayıl qəsəbəsində yerləşən və SOCAR-a məxsus 6-cı mədən deyilən ərazidir. Yəni, Mahirə Ələsgərova kimi neçə-neçə məcburi köçkünün torpaq sahəsi alıb ev tikdiyi və  20 il  burda Su İdman Sarayının tikintisinə qədər  yaşadığı yer.

Prezident İlham Əliyev 2012-cü ildə Bakıda keçirilən ilk Avropa Oyunları çərçivəsində Bayıl qəsəbəsinin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus 18 hektarlıq  ərazisində  ümumi sahəsi 72 min kvadrat metr Su İdman Sarayının tikilməsi ilə bağlı sərəncam imzalayır. Sərəncama əsasən  Maliyyə Nazirliyi, ARDNŞ, Səbayıl Rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən ərazidəki ailələrin köçürülməsinə başlanır.

Ərazidə yaşayanlar bildirir ki, köçürülməyə qədər burada təxmini 350 ev olub.


Məcburi köçkünlərə ev tikmək üçün Bələdiyyə sənəd verir, SRİH-i o sənədi qanunsuz sayır…

Məcburi köçkünlər idda edir ki, ərazidə ev tikmək üçün onlara bələdiyyə icazə verib.  Şəxsi hesablarına tikdikləri evdə qaldıqları müddətdə bütün komunal xərclər də ödənilib .

Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov isə məcburi köçkünlərə  evlərin tikilməsi ilə bağlı bələdiyyə tərəfindən sənədlərin verilməsinə inanmadığını bildidir:

 “Orda yaşayan məcburi köçkünlərin heç birinin Bələdiyyədən sənədi olmayıb. Bələdiyyə məcburi köçkünlərə necə sənəd verə bilər? “

Belə çıxır ki, 20 il ərzində məcburi köçkünərdən Bələdiyə torpaq pulu adı altında qanunnsuz olaraq vəsait alırmış?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,

Azərabycanda evlərin sənədləşməsi məsələsi o qədər problemə çevrilib ki, defakto 10 minlərlər evlər tikilib:

“Son rəqəmlərdə evlərin və mənzillərin sənədi yoxdu. Mülkiyyəti təsdiq edən. Bundan istifadə edən Bakı şəhər İcra Hakimiyyəti mülkiyyətçinin hüquqlarının öz xeyrinə istifadə edir. Bunlar həm qanunlara həm də Azərbaycanın qoşulduğu konvensiyalara ziddir”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin köçürülmədən xəbərsiz olduğunu bildirir, lakin köçürülmə ilə bağlı sənədlərdə qurumun mohürü üzə çıxır…

Ana səhifəVideoMəcburi köçkünlərə kompensasiya ayrıseçkiliyi (VİDEO)