Məcburi köçkünlər etiraz edir: ”Arvad kimi xəlvətcə şotçik qoyub gedirlər”

Nizami rayonu Mehdi Abbasov küçəsi 23 ünvanında yerləşən uşaq baxçasında məskunlaşmış bir qrup məcburi köçkün prezidentin fərmanına məhəl qoyulmadığını deyir. Belə ki, İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanına dəyişikliklər edib. Dəyişikliyə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin kommunal xərcləri əvvəlki qaydada, dövlət hesabına ödəniləcək. Lakin Nizami rayonu Mehdi Abbasov küçəsi 23 ünvanında yerləşən uşaq baxçasında məskunlaşan məcburi köçkünlərin evlərinə bu gün sayğac quraşdırılıb. Sakinlərlə işıq idarəsinin işçiləri arasında mübahisə olub.

Nizami Rayonu icra hakimiyyəti ilə əlaqə saxladıq. Məlumatsız olduqlarını bildirdilər. Təsərrüfat şöbəsi ilə əlaqələndirdirsələr də cavab verən olmadı.

Ana səhifəVideoMəcburi köçkünlər etiraz edir: ”Arvad kimi xəlvətcə şotçik qoyub gedirlər”