***
Rusiya Fövqəladə Hallar Nazirliyinin birinci müavini
Aleksandr Çupriyan
bildirib ki, yarım saat əvvəl sonuncu meyit uçan blokun altından çıxarılıb. Bu baxımdan xilasetmə əməliyyatını bitmiş hesab etmək olar.
***
Üç nəfərin taleyi naməlumdur
Rusiyanın Maqnitoqorsk şəhərində
dekabrın 31-də
yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Bu barədə yanvarın 3-də
SİTA
Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.
Nazirlik bildirib ki, 3 nəfərin taleyi hələ naməlum qalır.
Çelyabinski vilayətinin qubernatoru Boris Dubrovskiy bildirib ki, yerli rəhbərlik həlak olanların ailələrinə 1 milyon rubl yardım göstərəcək. Yaralıları olan ailələrə isə 400 min rubl yardım ediləcək.
1973-cü ildə istifadəyə verilən 9 mərtəbəli binanın bir bloku qaz sızması nəticəsində uçub. Hadisə nəticəsində 100 nəfərdən çox adamın yaşadığı 48 mənzil dağılıb.