Rusiyada: Binanın uçması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb (yenilənib)

22 sakinin taleyi hələ naməlum qalır

Source:


***



Məlumat

a görə, ölənlərin sayı 28 nəfərə çatıb, xilasedicilər uşaq meyiti tapıblar. Hazırda 13 sakinin axtarışı davam edir.


***



Bildirilib ki

, ölənlərin sayı 24 nəfər çatıb, 17 nəfərin axtarışı hələ davam edir.


***



Rusiya mediası

bildirir ki, ölənlərin sayı 21 nəfər çatıb, 20 sakinin axtarışı isə davam edir.


***


22 sakinin taleyi hələ naməlum qalır

Dekabrın 31-də səhər saat 6-da Rusiyanın Maqnitorski şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Məlumatı

SİTA

Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.

Bildirilir ki, 5 uşaq olmaqla 22 sakinin taleyi hələ naməlum qalır.

Faciə ilə əlaqədar Çelyabinski vilayətində matəm elan edilib.

Dekabrın 31-də səhər Maqnitorski şəhərinin Karl Marks küçəsində 1973-cü ildə istifadəyə verilən 9 mərtəbəlinin bir bloku qaz sızması nəticəsində uçub. Hadisə nəticəsində 100 nəfərdən çox adamın yaşadığı 48 mənzil dağılıb.

Ana səhifəXəbərlərRusiyada: Binanın uçması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb (yenilənib)