Keçmiş məhbuslar Azərbaycan həbsxanalarında LGBTQ+ insanlarının diskriminasiyaya məruz qaldığını deyirlər. Aydan Paşayeva trans qadındır. O, 5 ilə yaxın 3 saylı həbsxanada məhkumluq həyatı yaşayıb. Keçmiş məhkum deyir ki, həbsxana rəisi onu 500 manata satıb. Hüquq müdafiəçisi Fuad Əhmədli bildirir ki, homoseksuallar üçün həbsxanalarda ayrı baraklar mövcuddur. Bu baraklarda “oğru aləmi”nin qanunlarına görə “sındırılanlar” və homoseksuallar yaşayır. LGBTQ+lər “sanitar”, digərləri isə “mujik” ləqəbi daşıyır. Azərbaycanda LGBTQ+ insanlarına qarşı ədliyyə orqanları tərəfindən şiddət və zorakılıq 2017-ci ildə də işıqlandırılıb.
Həmin vaxt bir qrup trans qadına müvəqqəti saxlanma təcridxanalarında elektroşok verilib, saçları qırxılıb və müxtəlif cür təhqirlər edilib.
Bu yazı 2 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 14 Aprel 2022 21:30
Son dəyişiklik: 14 Aprel 2022 23:22