Lənkəranda partlayış baş verib

İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonundan sızma olub

Source:


İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonundan sızma olub

Avqustun 4-də Lənkəran şəhərində yanğın baş verib. “Report”un cənub bürosunun məlumatına görə, yanğın şəhərin Böyük Bazar ərazisində, İsi Səmədzadə küçəsində yerləşən kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb.

Ümumi sahəsi 250 kv. metr olan binanın 71 kv. metri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib. Bununla yanaşı, binaya bitişik bir telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana yanıb.

Hadisənin başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin(FHN)Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır.

İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonundan sızma olub.

Yanğın səhər 07:25-də başlayıb.

Lənkərandan üç, Liman şəhər bölməsindən bir yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.

Ana səhifəXəbərlərLənkəranda partlayış baş verib