Kəmalə Ağazadə: Uşaq ailə münaqişələrində alətdir!

“Nurayın anasının evi xalasının adına keçirilib”

Source:


“Nurayın anasının evi xalasının adına keçirilib”

Yanvarın 7-də Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə

görüntüləri yayılmış

 Nuray Bayramzadənin başına gələnləri araşdırmaq üçün Quba şəhərinə gedib.

Baş verənlərə öz “Facebook” səhifəsi vasitəsilə münasibət bildirən birlik sədri deyir ki, Qubaya getməzdən öncə Nurayın atası Əvəz Bayramovla danışıb:

“Hər dəfə bu fikri səsləndirmişəm , indi də deyəcəm, uşaq ailə münaqişələrində alətdir!

Baş verən olayla bağlı görüntülərə isə şərh verməyəcəm birmənalı şəkildə… Hər şey göz qabağındadır deyəcəksiniz”.

Uşağın deyəcəkləri problemi həll edəcəkmi?

Hadisəni işıqlandırmaq üçün Nuray Bayramzadənin yaşadığı mənzilə gedən jurnalistləri qınayan Kəmalə Ağazadə yazır:

“Öncə Nuraygilə gəldikdə gördüyüm səhnə məni çox şaşırtdı. Bəli, mən medianın olaylara dərhal reaksiya verməsini alqışlayıram,amma bu şəkildəmi? Burda uşağın taleyindən söhbət gedirsə, olmaz ki, müvafiq və aidiyyatı qurumlardan müsahibə götürəsiniz? Uşağın deyəcəkləri problemi həll edəcəkmi? Hərə bir mikrafon və telefonla uşaqdan müsahibə götürür,onsuz da gərgin olan qızcığazın yaşadıqlarını ona dönə-dönə yaşatmaq nə verdi sizə? Amma o balaca qızcığazın küncə sıxılaraq “Mən qorxuram, istəmirəm,danışmıram!”-deməsinin arxasında bilirsiniz nələr durur? Onun müdafiəsizliyi!”

Yaşadığı ev Nurayın anasının adına olub

Kəmalə Ağazadə daha sonra ailədə baş verən münaqişələrdən yazıb:

“Bəli ,çox qısa bir zamanda Nurayın valideynləri ayrılıb, Nurayın “ana” dediyi xalası bildirir ki, bacısı onkoloji xəstəliyə tutulduğunu bilərkən həyat yoldaşı onu körpə uşaqla Qubaya göndərib. Qohumlar, bacılar xəstəni sağaltmaq üçün varlarından keçiblər. Hətta Nuraya analıq edən Mehriban xanım öz evini satıb bacısının müalicəsinə xərcləyib. Hal-hazırda yaşadığı ev Nurayın anasının adına olub, sonradan xalanın, yəni Nurayın ana dediyi Mehriban xanımın adına keçirilib. Yəqin ki, asta-asta söhbətin nədən getdiyini anlayırsınız… 2012-ci ilədək anası vəfat etdiyinə görə və atası uşaqla maraqlanmadığından xala icra hakimiyyətinə müraciət edərək, Nurayı qəyyumluğa götürür. Ata tərəfindən 2009-cu ildən aliment poçt vasitəsi ilə xalaya ödənilsə də, Mehriban xanım iddia edir ki,vəsaiti almayıb. Ancaq Mehriban xanım atanın göndərdiyi vəsaitlə bağlı bank çıxarışlarını da göstərdi. Sual olunur; o zaman bu vəsait niyə Mehriban xanım tərəfindən qəbul edilməyib? Əvəz bəy 6 il ərzində dəfələrlə məhkəməyə müraciət edib və nəticəni siz videomaterialda da gördünüz.

Mehriban xanım qəyyumluğa görə 60 manat dövlət vəsaiti alır. Ata isə iddia edir ki, əlavə olaraq Mehriban xanım Nurayın anasının ölümünə görə (ailə başçısı itirildikdə ödənilən vəsait) 200 manat vəsait də alır. Bir sözlə, bir tərəf iddia edir ki, “aliment verirəm, amma indi uşağımı istəyirəm, Nurayın Mehriban xanımda saxlanılmasının səbəbi vəfat edən ananın adına evin olmasıdır”, digər tərəf də bildirir ki, Nurayı atası alimenti verməmək və anasının vəfatına görə alacağı 200 manat və vaxtilə ananın adına olan evi əldə etmək iddiasıdır!

Uzun söhbətlərimizə baxmayaraq, Nuray xalası olan Mehriban xanımın yanında qalmaqda təkid edir. Ancaq Nurayın psixoloji durumu hec də yaxşı deyil , uşaq sarsıntı və yanında olan söhbətlərdən “neyrodermit2 olub, əlləri kiçik yaralar bağlayıb. Həkim müalicə təyin etsə də, hələ dərmanlar alınmayıb. Çünki başları müsahibə verməyə və daxili mübahisələrə qarışıb!

Nuray 1 ay təhsilini yarımçıq qoyub, son hadisələrdən sonra xalası məktəbini dəyişib.Yeni kollektivə adaptasiyası çətinliklə də olsa gedir. Nuray uzun müddətli reabilitasiya keçmək üçün Bakıya gələcək və reabilitasiya müddəti Azərbaycan Uşaqlar Birliyinin əməkdaşları tərəfindən aparılacaq. Rafiq Alışov isə qəyyumluqla bağlı yenidən məhkəməyə müraciət edərək onun hüquqlarını müdafiə edəcək”.

Mən Nurayın xalasının yanında qalmasının tərəfdarıyam!

Kəmalə Ağazadə deyir ki, videogörüntü icra əməkdaşları tərəfindən çəkilib və mətbuata uşağın zorakılıqla qarşılaşdığını sübut etmək üçün yox, iş prosesinin necə mükəmməl həyata keçirildiyini sübutu olaraq yayılıb:

“Mən Nurayın xalasının yanında qalmasının tərəfdarıyam! Ancaq uşağın bu gün xalası ilə birgə kameralar qarşısında necə müsahibə verdiklərini gördükdən sonra düşünürəm ki, ailələr arasında olan münaqişə və küsülülüklər aradan qaldırılana və Nurayın reabilitasiya müddəti bitənədək, o, bütün bu proseslərdən uzaq tutulmalıdır!Təəssüf ki, bu gün artıq neçə dəfə Nuray müsahibə verib və xalası heç düşünmür ki, uşaq hər dəfə yeni travmalar alır.

Məhkəmə proseslərində ataya “dəstək” olan insanlara isə sizinlə qanun və allah bilsin deyirəm!”

Ana səhifəXəbərlərKəmalə Ağazadə: Uşaq ailə münaqişələrində alətdir!