Jurnalist ”texniki səhv”ə görə ”Bandotdel”ə çağırılıb (VİDEO)

“Dünən şəxsiyyət vəsiqəsi üçün Asan Xidmətə müraciət etmişdim. Oradan məni Sumqayıtda yerləşən 3 saylı Polis Bölməsinə aparmışdılar. Polis də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə danışmışdı və danışandan sonra dilimdən iltizam almışdılar ki, bu gün saat 3-də (15:00) idarəyə gələcəm. İdarədə rəsmi şəxslərdən biri gəldi ki, “texniki səhv” olub. Həmin texniki səhvə görə idarəyə çağırılmışam. Bundan sonra yenidən Asan Xidmətə müraciət edə bilərəm və mənə şəxsiyyət vəsiqəsi veriləcək. Bildirdilər ki, yenidən sistemdə “stop” göstərilsə, təzədən yoxlasınlar. Dedilər, sənəd almağımda problem olmayacaq. Soruşdum ki, dünən Polis Bölməsindən sizinlə əlaqə saxlayanda deyilməyib ki, idarəyə çağırılmamalıyam. Cavab verdilər ki, bu, prosedur qaydasıdır, sizin adınızın qarşısında “stop” varsa, polisə aparılmalısınız, amma niyə polisə bura gətirilməməklə bağlı deyilmədiyi haqda heç nə söyləmədilər”- müstəqil jurnalist Aytən Fərhadova bildirib.

Bu, xanım jurnalistin İdarəyə 3-cü gəlişidir. O, 19 sentyabrda Ukraynadan qayıdarkən Heydər Əliyev adına Hava Limanından gecə saatlarında “Bandotdel”ə gətirilib və 8 saat orada saxlanılıb. Jurnalistdən izahat alınandan sonra sərbəst buraxılıb.  21 sentyabrda jurnalist yenidən İdarəyə çağırılıb və mətbuata verdiyi müsahibələrdə diqqətli olması tapşırılıb. Jurnalist Meydan TV və Mingəçevirdə Bəhruz Hacıyevin ölümündən sonra baş verən hadisələrə görə dindirilib.

Ana səhifəVideoJurnalist ”texniki səhv”ə görə ”Bandotdel”ə çağırılıb (VİDEO)