”İslam ölkəsində məscid sökülər?”

“Sovetski”də yerləşən Hacı Cavad məscidi boşaldılır. Bu gün əraziyə texnika cəlb olunub. Binanın boşaldılmasını istəməyən bir qrup dindar buna etiraz edib. Onlar bildirir ki, məscid Allahın evidir, onu sökmək olmaz.

İbadətə gələnlər deyir ki, heç bir xəbərdarlıq olmadan məscidin sökülməsinə hazırlıq başlanılıb.

Polis Patrul Xidməti də məscidin ətrafını əhatəyə alıb.

Bu il aprelin 12-si Bakının Yasamal rayonu ərazisindəki Hacı Cavad məscidini sökmək istəmişdilər.

Lakin məscidin önünə toplaşan sakinlər buna etiraz etmişdi.

Ölkə başçısı İlham Əliyev aprelin 13-də məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi. Sonradan icma rəhbərliyi ilə Komitə arasında razılıq əldə edildiyi bildirilirdi. Həmin razılığa görə, bu məscid sökülməli, Yasamal rayonu ərazisində yeni məscid tikilməli idi.

Ana səhifəVideo”İslam ölkəsində məscid sökülər?”