Siyasətçinin müalicəsi ev şəraitində davam etdiriləcək
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.
APA-nın məlumatına görə, xəstəxananın kardioloqu, Firdovsi İbrahimov bildirib ki, İ.Qəmbərin səhhəti yaxşıdır, müalicəsini ev şəraitində davam
etdirəcək.
İsa Qəmbər yanvarın 13-də ürəyində ağrılar şikayəti ilə xəstəxanaya
yerləşdirilib.