”Ürəkgüclənləndirici tibbi prosedurlar həyata keçirilir”
“İsa bəylə görüşdük, özünü yaxşı hiss edir. Müayinələrdən keçib. Ürəkgüclənləndirici tibbi prosedurlar həyata keçirilir”. Bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər yaxın günlərdə xəstəxanadan çıxacaq.
İsa Qəmbər yanvarın 13-də günorta saatlarında Mərkəzi Klinik Xəstəxasına yerləşdirilib. Səbəb ürəyində ağrılar hiss etməsidir.
Müsavat Pariyasının başqanı Arif Hacılı Meydan TV-yə onun ürəyini anju etdirdiyini
bildirib
.
1957-ci il doğumlu İsa Qəmbər 1992-1993-cü illərdə Azərbaycan Milli Məclisinin sədri, 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.